...

Xırdalanda yaşayış binasında yanğın: 12 sakin təxliyə edildi

Hadisə Materials 10 İyul 2024 20:46 (UTC +04:00)
Xırdalanda yaşayış binasında yanğın: 12 sakin təxliyə edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xırdalanda yaşayış binasında yanğın olub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindən 10-cu mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4-ü uşaq olmaqla 12 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti