...

Bakıda evdən pul və geyim əşyaları oğurlandı

Hadisə Materials 24 Avqust 2024 13:02 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda evdən pul və geyim əşyaları oğurlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki evlərin birindən 100 manat, 350 dollar pul və 300 manat dəyərində geyim əşyaları oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən S.İbrahimov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti