Bakı. Trend:
Bu gün 06:42 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 9baş vermiş partlayış hadisəsi ilə bağlı Sumqayıt Regional Mərkəzinin operativ xidməti təcili hadisə yerinə cəlb edilib.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev deyib.
O bildirib ki, eyni zamanda Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları da hadisə yerinə cəlb olunub.
"Bu saata olan məlumata əsasən dağıntılar altında 3 nəfər xəsarət alan çıxarılıb və təhvil verilib. Dağıntılar altında kiminsə qalması ehtimalı ola bilər. Hal-hazırda axtarış-əməliyyat işləri davam edir", - deyə o qeyd edib.