...

Ağcabədidə avtomobil yol kənarındakı ağaca çırpılıb

Hadisə Materials 14 Fevral 2025 11:47 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədidə avtomobil yol kənarındakı ağaca çırpılıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində baş verib.

Rayon sakini Sadiqov Ramin idarə etdiyi "KİA" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin rayon sakini 2004-cü il təvəllüdlü Fətəlizadə Vasif ağır xəsarət alıb. Yaralı V.Fətəlizadə təcili tibbi yardım əməkdaşları tərəfindən Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti