...

Dünən Xocalıda minaya düşən şəxsin vəziyyəti ağırdır - TƏBİB

Hadisə Materials 22 Fevral 2025 12:20 (UTC +04:00)
Dünən Xocalıda minaya düşən şəxsin vəziyyəti ağırdır - TƏBİB
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Dünən Xocalıda minaya düşən şəxsin vəziyyəti məlum olub.

Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu 21.02.2025-ci il tarixində saat 20:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Partlayış travması, sağ baldırın aşağı 1/3-nin travmatik amputasiyası, posthemorragik şok ağır dərəcə diaqnozları təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır",- deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, dünən "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb. Nağı İmanovun sağ ayağı topuqdan aşağı amputasiya olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti