...

Sumqayıtda reabilitasiya mərkəzində yanğın olub (VİDEO)

Hadisə Materials 6 Mart 2025 13:43 (UTC +04:00)
Sumqayıtda reabilitasiya mərkəzində yanğın olub (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən vətəndaşa məxsus özəl reabilitasiya mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Bu barədə Trend-ə FHN-dən məlumat vüerilib.

Məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində üçmərtəbəli tikilinin 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

"Yanğın nəticəsində ümumi sahəsi 540kv.m. olan tikilinin taxta konstruksiyalardan ibarət 3-cü mərtəbəsi əşyaları ilə birgə 180 kv.m. sahədə yanıb. Tikilinin 1 və 2-ci mərtəbələri yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti