Yevlax. Trend:
16.04.2025-ci il tarixində saat 06:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 8 nəfər (5-i qadın, 3-ü kişi cinsli olmaqla) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu nbarədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"Hər bir şəxsə ilkin tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda deyilir.
xxx
09:51
Zaqatala-Bakı marşutu üzrə hərəkət edən avtobus qəzaya düşüb.
Trend xəbər verir ki, hadisə gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral avtomobil yolunun Yevlax rayonu Xanabad kəndi ərazisindən keçən hissəsində baş verib.
Qəza zamanı avtobusda xəsarət alan 8 nəfər sərnişin Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbbi Yardım Şöbəsinə aparılıblar.
Xəsarət alan şəxslər aşağıdakılardır:
1988-ci il təvəllüdlü, Zaqatala rayonu Bəhmətli kənd sakini Şirinbəyova Rəqsanə Şahmalı qızı,
1960-cı il təvəllüdlü, Zaqatala rayonu Yeni Suvagil kənd sakini Məmmədova Leysanat İbad qızı,
Zaqatala rayonu Əliabad qəsəbə sakini Adilova Həlimə Ağabala qızı,
1967-ci il təvəllüdlü, Zaqatala rayonu sakin Əliyev Qüdrət Abdulla oğlu,
2004-cü il təvəllüdlü Zaqatala rayonu Aşağı Tala kənd sakini Ramazanzadə Aysel Adil qızı,
1969-cu il təvəllüdlü Zaqatala rayonu Yeni Suvagil kənd sakini Babayeva Kifayət Hüseyn qızı,
1993-cü il təvəllüdlü, Zaqatala rayonu Yeni Suvagil kənd sakini Babayev İlkin Yusif oğlu,
1983-cü il təvəllüdlü, Zaqatala rayonu Yeni Suvagil kənd sakini Məmmədova Aygün Osman qızı
Xəstəxanaya daxil olan şəxslərin hamısına lazımi ilkin tibbi yardım göstərilib, xəsarətləri yüngül olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.