...

Tramp İranla dialoqa açıq olduğunu bildirib

Dünya xəbərləri Materials 16 Aprel 2025 03:04 (UTC +04:00)
Tramp İranla dialoqa açıq olduğunu bildirib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi ilə dialoqa açıq olduğunu bildirib.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinq zamanı açıqlama verib.

O qeyd edib ki, Tramp yaxın günlərdə Oman sultanı Heysəm bin Tarik əl-Səid ilə bu mövzu ətrafında telefon danışığı aparıb.

“İrana qarşı maksimum təzyiq kampaniyası davam edir. Lakin bildiyiniz kimi, Prezident dialoq və məsləhətləşmələrə üstünlük verdiyini açıq şəkildə ifadə edib”, — deyə Levitt bildirib.

Xəbər lenti

Xəbər lenti