Bakı. Trend:
Türkiyə 2025-cü ilin mart ayında Türkmənistana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,3 faiz azalaraq 564 min 55 dollara çatdırıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.
2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Türkmənistana dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz azalaraq, 1 milyon 61 min 79 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz azalaraq, 399 min 748 dollara bərabər olub.
“Bu ilin mart ayında Türkiyə 140 min 992 dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 3,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 1 milyon 517 min 145 dollar məbləğində dəri ixrac edib.