Ağdam. Trend:
21.04.2025-ci il tarixində saat 09:30 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində baş verən yol qəzası nəticəsində xəsarət alan 1957-ci il təvəllüdlü şəxs (kişi cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, ona başın sol gicgah nahiyəsinin çapılmış, cırılmış yarası, sağ gözün hematoması, bədənin fərqli nahiyələrinin küt travması diaqnozu təyin edilib və zəruri tibbi xidmət göstərilib.
"Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir. Qısa zamanda ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub", - qurumdan vurğulanıb.
xxx
10:35
Ağdamda 68 yaşlı kişini avtomobil vurub.
Trend-in yerli müxbirinin xəbərinə görə, yol nəqliyyat hadisəsi Hindarx Borsunlu yolunun rayonun Quzanlı qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı 02 CA 204 dövlət nömrəli minik maşını yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Baharlı 2 qəsəbə sakini Mehdiyev Mejdun Əjdər oğlunu vurub.
Yaralı M.Mehdiyev Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.