...

AZAL-dan yeni istiqamət: iyundan Şımkentə birbaşa uçuşlar

Cəmiyyət Materials 22 Aprel 2025 09:37 (UTC +04:00)
AZAL-dan yeni istiqamət: iyundan Şımkentə birbaşa uçuşlar
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirərək iyun ayından etibarən Bakıdan Şımkentə müntəzəm uçuşlara başlayacaq.

Bu barədə Trend-ə AZAL-dan məlumat verilib.

Qeyd edilir ki, Qazaxıstanın cənubunda yerləşən bu şəhərə ilk uçuş 28 iyun tarixində həyata keçiriləcək. Bakı-Şımkent-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə – Bakıdan Şımkentə bazar ertəsi, çərşənbə və şənbə günləri, əks istiqamətdə isə çərşənbə axşamı, cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Şımkent turistləri unikal memarlıq abidələri, qədim məqbərələri və gözəl parkları ilə cəlb edir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti