Bakı. Trend:
Azərbaycanın nominal ÜDM-i növbəti illərdə də artmaqda davam edəcək.
Trend xəbər verir ki, bu, Niderlandın ən böyük "Internationale Nederlanden Groep" bank qrupunun proqnozunda əks olunub.
Məlumata əsasən, əgər 2024-cü ildə bu rəqəm 74,3 milyard dollar idisə, 2025-ci ildə onun 80,6 milyard dollara, 2026-cı ildə isə 81,7 milyard dollara çatacağı proqnozlaşdırılır.
Oxşar tendensiyanı adambaşına düşən ÜDM-in dinamikasında da müşahidə etmək olar. 2024-cü ildə bu göstərici 7284 dollar təşkil edibsə, 2025-ci ildə onun 7728 dollara, 2026-cı ildə isə 7765 dollara yüksələcəyi gözlənilir.
Şirkət yaxın illərdə Azərbaycanda ÜDM artımının 2-3 faiz diapazonunda sabitləşəcəyini proqnozlaşdırır.
Belə ki, proqnozlara görə, Azərbaycanda ÜDM-in real artımı 2025-ci ildə 3 faiz, 2026-cı ildə isə 2,5 faiz təşkil edəcək.