...

Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb (FOTO/VİDEO)

Gündəm Materials 21 Aprel 2025 14:07 (UTC +04:00)
Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Azər Həsənov saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, ondan 2 kiloqram heroin, tiryək və marixuana aşkarlanıb.

A.Həsənov pul müqabilində narkokuryerlik etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan təbiri seçilib.

Həmçinin, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 8 ədəd ov tüfəngi təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti