...

Turizm zonalarında tullantı poliqonları üçün sahələrin ayrılması qadağan edildi

Cəmiyyət Materials 21 Aprel 2025 15:44 (UTC +04:00)
Turizm zonalarında tullantı poliqonları üçün sahələrin ayrılması qadağan edildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Turizm və rekreasiya zonalarının ərazilərində poliqonlar üçün sahələrin ayrılması və təşkili qadağan edilib.

Trend xəbər verir ki, bununla bağlı Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda dəyişiklik edilib.

Mövcud qanunvericiliyə əsasən, bərk və maye məişət tullantılarının zərərsizləşdirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Səhiyyə Nazirliyinin icazəsi əsasında xüsusi ayrılmış ərazilərdə (poliqonlarda) və ya xüsusi emal və zərərsizləşdirmə qurğularında həyata keçirilir. Tullantıların istənilən ərazilərdə yerləşdirilməsinə, həmçinin, kənd təsərrüfatı sahələrində gübrə kimi istifadəsinə yol verilmir.

Çay, göl, açıq su hövzələrinin sahillərində, kənd təsərrüfatı sahələrinin, şəhərlər və digər yaşayış məntəqələrinin və təbii abidələrin yaxınlığında (sanitar-ekoloji mühafizə zonaları nəzərə alınmaqla), yaşıllıq ərazilərində və meşələrdə poliqonlar üçün sahələrin ayrılması və təşkili yolverilməzdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti