...

Abşeronda ödəmə terminallarından silsilə oğurluqlar edən şəxslər saxlanılıb (VİDEO)

Cəmiyyət Materials 21 Aprel 2025 12:41 (UTC +04:00)
Abşeronda ödəmə terminallarından silsilə oğurluqlar edən şəxslər saxlanılıb (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ödəmə terminallarından silsilə oğurluqlar edən şəxsləri polis saxlayıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonu ərazisində yerləşən marketlərin birindən və orada olan ödəmə terminalından 3567 manat oğurlanıb.

"Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif Hüseynov, 27 yaşlı Elvin Əhmədov və 34 yaşlı Emin Yusifov müəyyən olunaraq saxlanılıblar.

Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər paytaxtın müxtəlif rayonlarında, həmçinin Abşeron rayonunda yerləşən 11 mağazadan ödəmə terminallarını sındırmaqla ümumilikdə 38943 manat pul vəsaitini oğurlayıblar.

Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Araşdırmalar davam etdirilir",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti