...

Bir milyon manata yaxın vergi borcu olan şirkətin səhmləri dövriyyədən çıxarılır (FOTO)

İqtisadiyyat Materials 21 Aprel 2025 15:24 (UTC +04:00)
Bir milyon manata yaxın vergi borcu olan şirkətin səhmləri dövriyyədən çıxarılır (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Synergy Co” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) çevrilir.

Trend-in əldə etdiyi məlumata görə, bununla əlaqədar olaraq şirkətin nominal dəyəri 1 manat, miqdarı 2600, ümumi dəyəri isə 2600 manat olan adi adlı sənədsiz səhmi dövriyyədən çıxarılır.

Hazırda şirkətin dövlətə 894 725 manat vergi borcu var.

Qeyd edək ki, sözügedən şirkət 2009-cu ildə “Eskort” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adı altında dövlət qeydiyyatına alınıb. 2021-ci ildə isə şirkət indiki adını - “Synergy Co” QSC - alıb. Nizamnamə kapitalı 2 600 manat olan QSC-nin qanuni təmsilçisi Qurbanov Rəşad Firdovsi oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti