Bakı. Trend:
2025-ci ilin mart ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 4 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16 şirkət azdır.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 7 milyon 185 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 28 milyon 512 min 500 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin mart ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (2) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 3 milyon 200 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2025-cü ilin mart ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 2 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.