Bakı. Trend:
Misli Premyer Liqasında XXXI tura bu gün baş tutacaq iki oyunla yekun vurulacaq.
Trend xəbər verir ki, əvvəlcə "Şamaxı" səfərdə "Kəpəz"i qəbul edəcək. Görüş saat 16:30-da başlayacaq.
"Şamaxı" hazırda 31 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. Doqquzuncu yerdə olan Gəncə klubunun isə 28 xalı var.
Turun son matçı "Zirə"də baş tutacaq. "Zirə" evdə "Sumqayıt"la üz-üzə gələcək. Matçın start fiti saat 19:00-da səsləndiriləcək. "Zirə" turnir cədvəlində 58 xalla ikinci yerdədir. Səkkizinci olan "Sumqayıt"ın isə 29 xalı var.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Qarabağ" "Neftçi"ni (3:0), "Sabah" isə "Səbail"i (3:2) məğlub edib. "Araz-Naxçıvan" "Turan" (1:1) Tovuz oyununda heç-heçə qeydə alınıb. "Araz-Naxçıvan"nın heyyətində Vanderson qırmızı vərəqə alıb.