Bakı. Trend:
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyip Ərdoğan və Donald Tramp NATO sammitinə qədər görüşə bilərlər.
Trend xəbər verir ki, bu barədə türk KİV-ləri mənbələrinə istinadla məlumat yayıb.
Qeyd edək ki, 24-25 iyun tarixlərində Haaqada keçirilməsi nəzərdə tutulan NATO sammiti Erdoğanla Trampın qatılacağı ilk yüksək səviyyəli beynəlxalq toplantı olacaq.
Məlumata əsasən, liderlər sammitə qədər Türkiyədə və ya ABŞ-da ikitərəfli görüş keçirəcək.