...

Restoranlarda zalların bər-bəzəyinə, reklama ayrılan diqqət mətbəxə, qidaların təhlükəsizliyinə yönəlməlidir - AQTA rəsmisi

Cəmiyyət Materials 19 Aprel 2025 14:45 (UTC +04:00)
Restoranlarda zalların bər-bəzəyinə, reklama ayrılan diqqət  mətbəxə, qidaların təhlükəsizliyinə yönəlməlidir - AQTA rəsmisi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Restoranlarda zalların bər-bəzəyinə, reklama ayrılan diqqət mətbəxə, qidaların təhlükəsizliyinə yönəlməlidir.

Bunu Trend-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Mansur Piriyev deyib.

O bildirib ki, Agentlik tərəfindən İctimai iaşə müəssisələrində xüsusilə kütləvi qidalanma məkanlarında qida təhlükəsizliyi tələblərinin gözlənilməsi, həmçinin bu cür hadisələrin baş verməməsi üçün davamlı olaraq ciddi tədbirlər həyata keçirilməkdədir.

"Təkcə son günlər ərzində 10-larla kütləvi qidalanma məkanlarında, şadlıq evində aparılan yoxlamalar zamanı aşkarlanmış nöqsanlar və bununla bağlı görülən inzibati cəza tədbirləri barədə ictimaiyyətə məlumatlar təqdim olunub. Nöqsanlar aşkarlanan və bu cür halların baş verməsinə birbaşa olaraq cavabdeh olan şadlıq evləri sahiblərinə rəsmi xəbərdarlıqlar olunub. Amma təsüf ki hələ də öz işinin məsuliyyətini dərk etməyən sahibkarlıq subyektlərinə rast gəlinməkdədir. Aşkarlanan nöqsanların təhlili onu göstərir ki, bər-bəzəkili zallara, daha çox müştəri cəlb etmək üçün reklamlara diqqət ayıran bəzi Şadlıq evləri sahibləri əsas diqqət olunmalı məsələyə yəni məhsulların emal sahələrinə, xammalın qəbulu zamanı təhlükəsizlik tələblərinə, mətbəxlərə, sanitar gigiyenik vəziyyətə, işçi heyətin sağlamlığına dırnaqarası yanaşırlar. Təəssüf ki, bu cür yanaşma sonda xoşagəlməz halların yaşanmasına, kütləvi zəhərlınmələrin baş verməsinə şərait yaradır. Bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün istehlakçılar da diqqətli olmalı və xidmət zamanı hər hansı şübhəli məqam və ya nöqsan gördükləri zaman Agentliyin 1003 Qaynar xəttinə məlumat vermələri xahiş olunur. Agentlik tərəfindən bu istiqamətdə nəzarət və tənzimləmə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir",- deyə o əlavə edib.

Qeyd edək ki, dünən paytaxtda restoranlardan birində keçirilən toy məclisində 50-dən çox şəxs qidadan zəhərlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti