Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff ABŞ və İran arasında keçirilən danışıqların ikinci mərhələsinin ardından Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüş keçirib.
Trend “Asharq” telekanalına istinadən xəbər verir ki, Romada baş tutan görüşün detalları açıqlanmasa da, tərəflər arasında İranın nüvə proqramı ilə bağlı məsələlərin əsas müzakirə mövzularından biri olduğu ehtimal olunur.
Xatırladaq ki, bu gün Romada ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa olmayan danışıqların ikinci raundu keçirilib. Dialoqa Oman xarici işlər naziri Bədr bin Həməd bin Hamud əl-Busaidi vasitəçilik edib.