Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlar nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülməkdədir.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda bəzi ərazilərdə su basmış sahələrdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işi davam etdirilir.