Bakı. Trend:
Bu ilin fevral ayında Azərbaycanda debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı 171,143 milyon ədəd olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 40,909 milyon ədəd və ya 31,4% çoxdur. Belə ki, ötən ilin fevral ayında Azərbaycanda debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı 130,234 milyon ədəd idi.
O cümlədən, bu kartlar ilə nağd pulun çıxarılması zamanı 14,084 milyon əməliyyat, nağdsız ödənişlər zamanı 111,277 milyon əməliyyat həyata keçirilib.
Qeyd edək ki, cari ilin fevral ayında debet kartları ilə əməliyyatların həcmi 10,2 milyard manat olub. Kredit kartları ilə aparılan əməliyyatların həcmi isə 795 milyon manat təşkil edib.