Bakı. Trend:
Nigeriyanın mərkəzində yerləşən Benue əyalətində silahlı şəxslərin hücumu nəticəsində azı 56 nəfər həyatını itirib.
Trend-in məlumatına görə, bu barədə “AFP” agentliyi regional hakimiyyət orqanlarına istinadən xəbər yayıb.
Yerli rəsmilər bildiriblər ki, axtarış-xilasetmə əməliyyatları davam edir və qurbanların sayının artacağı istisna olunmur.
Benue əyalətinin qubernatoru Qiaçiant Aliya hadisədə dini motivlərlə hərəkət edən bir qrup silahlı çobanı ittiham edib.
Qeyd edək ki, bölgədəki zorakılıqlar tez-tez dini və etnik zəmin üzərində baş verir. Müsəlman olan Fulani çobanlarla, əksəriyyəti xristian olan yerli fermerlər arasında torpaq və resurs uğrunda münaqişələr getdikcə artır. İqlim dəyişikliyi fonunda torpaqların məhsuldarlığının azalması da bu qarşıdurmaları daha da kəskinləşdirir.