...

Tunisdə 40-dan çox şəxs uzunmüddətli həbslərə məhkum olunub

Dünya xəbərləri Materials 20 Aprel 2025 05:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tunisdə məhkəmə 40-dan çox şəxsi “dövlətin təhlükəsizliyinə qarşı sui-qəsd” ittihamı ilə 13 ildən 66 ilədək həbs cəzasına məhkum edib.

Trend-in Bloomberg-ə istinadən verdiyi məlumata görə, məhkum olunanlar arasında sabiq siyasətçilər, jurnalistlər və keçmiş mərkəzi bank rəsmiləri də var. Onlardan bəziləri hazırda həbsdədir, digərlərinə isə qiyabi hökm oxunub.

Cümə günü çıxarılan hökm dövlətin daxili və xarici təhlükəsizliyinə qarşı sui-qəsd, terror təşkilatları yaratmaq və dövlət institutlarını dəyişdirməyə cəhd kimi ittihamlara əsaslanır.

Tunisin məhkəmə sözçüsü hər bir təqsirləndirilən şəxsə dair konkret cəzaları açıqlamayıb. Lakin məlumdur ki, məhkum olunanlar arasında dünyəvi və demokratik yönümlü İndiki Zaman Partiyasının həmtəsisçisi Qazi Çauaçi, həmçinin mötədil islamçı Ennahda (İntibah) Partiyasından tanınmış siyasətçi Abdelhamid əl-Celassi də var.

Qeyd edək ki, bundan əvvəl – noyabr ayında 11 Rusiya vətəndaşı Tunisdə ekskursiya zamanı saxlanılmışdı. Onlar terror fəaliyyəti şübhəsi ilə istintaqa cəlb olunsalar da, Rusiya səfirliyi həmin şəxslərin bölgəyə araşdırma məqsədilə gəldiklərini bildirmişdi. Aprelin 11-də isə onların hamısı azadlığa buraxılıb.

Xəbər lenti

Xəbər lenti