...

"Beşiktaş" Liam Delapın transferində maraqlıdır

İdman Materials 19 Aprel 2025 19:21 (UTC +04:00)
"Beşiktaş" Liam Delapın transferində maraqlıdır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbul nəhəngi "Beşiktaş"ın baş məşqçisi Ule Qunnar Sulşer İngiltərənin "İpsviç Taun" klubunda çıxış edən hücumçu Liam Delapın xidmətində maraqlıdır.

Trend xəbər verir ki, bu barədə Türkiyənin "Fotomaç" nəşri məlumat yayıb.

"Sauthempton"dan Pol Onuaçunu transfer etmək cəhdləri nəticə vermədiyindən, "Beşiktaş" Delap üçün onun klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, İngiltərənin U-21 millisinin üzvü olan Liam Delap cari mövsümdə "İpsviç Taun"un heyətində 34 rəsmi oyuna çıxaraq 12 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti