...

Xorvatiyalı futbolçu avtomobil qəzasında həlak olub

İdman Materials 19 Aprel 2025 14:30 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Xorvatiyanın Futbol üzrə Milli Komandasının keçmiş üzvü, Dinamo Zaqreb, Monako, Salzburq kimi məşhur klublarda top qovmuş Nikola Pokrivaç Xorvatiyanın Karlovak şəhərində avtomobil qəzasında həyatını itirib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, 39 yaşlı yarımmüdafiəçi futbol karyerası ərzində 2008-2010-cu illərdə Xorvatiya millisində 15 dəfə meydana çıxıb.

O, NK Voyniç klubundan olan 3 dostu ilə bir maşında olub. Yol nəqliyyat hadisəsində dörd maşın toqquşub.

Pokrivaçdan başqa digər maşında olan 42 yaşlı şəxsin də həyatını itirdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti