Bakı.Trend:
Çinin “Çanjen-6” raket daşıyıcısı günəşlə sinxron orbitə birdən-birə 6 “Şiyan-27” süni peykini qaldırıb.
Trend xəbər verir ki, bu barədə Çinin Aerokosmik Elm və Texnika Korporasiyası (CASC) məlumat yayıb.
Məlumata görə, raketlər Çinin şimalında yerləşən Şansi vilayətinin Tayuan kosmodromundan yerli vaxtla 06:51-də buraxılıb. Kosmik aparatlar uğurla orbitdə təyin olunmuş mövqeni tutublar.
CASC qeyd edib ki, peyklər Yerə yaxın kosmik mühiti araşdırmaq və müvafiq texnologiyaların sınaqlarını həyata keçirmək üçün nəzərdə tutulub.