...

ABŞ vitse-prezidentinin ailə ziyarəti Kolizeyin bağlanmasına səbəb oldu

Dünya xəbərləri Materials 20 Aprel 2025 02:00 (UTC +04:00)
ABŞ vitse-prezidentinin ailə ziyarəti Kolizeyin bağlanmasına səbəb oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vansın ailəvi ziyarəti səbəbindən Romadakı Kolizey xəbərdarlıq edilmədən erkən bağlanıb, bu isə xarici turistlərin narazılığına səbəb olub.

Trend-in “La Repubblica”ya istinadən verdiyi məlumata görə, qədim abidənin girişi ən azı bir saat əvvəl gözlənilmədən bağlanıb. Sonuncu seansa bilet almış turistlər içəri buraxılmayıb, içəridə olanlar isə binadan çıxarılıb. Kolizeyə yalnız mühafizəçilər və snayperlər buraxılıb.

Bileti olan turistlərə ödənişin tam şəkildə geri qaytarılacağı vəd edilsə də, bu, bir çoxlarını razı salmayıb. Narazı turistlər bağlı qapılara hücum etməyə cəhd göstəriblər.

Qeyd edək ki, Ceyms Devid Vans aprelin 18-dən Romada səfərdədir. O, İtaliyanın Baş naziri Corcia Meloni və Vatikanın dövlət katibi kardinal Petro Parolin ilə görüşlər keçirib. Rəsmi səfərini ailəvi proqramla birləşdirən Vans bir gün əvvəl həyat yoldaşı və övladları ilə Müqəddəs Pyotr Bazilikasında keçirilən xeyirli cümə ayinində iştirak edib.

Xəbər lenti

Xəbər lenti