Bakı. Trend:
Misli Premyer Liqasında XXXI turun ikinci oyun günündə paytaxt derbiləri futbolsevərlərə bol həyəcan yaşadıb.
Trend-in məlumatına görə, ilk görüşdə “Sabah” klubu “Səbail”i qəbul edib.
Mövsüm ərzində ardıcıl uğursuz nəticələrlə yadda qalan Vasili Berezutskinin komandası bu dəfə də azarkeşlərini sevindirməyi bacarıb. İki dəfə geri düşməsinə baxmayaraq, "Sabah" möhtəşəm əzmkarlıq göstərərək qarşılaşmanı 3:2 hesabı ilə xeyrinə tamamlayıb.
Günün ikinci oyunu isə Azərbaycan futbolunun ənənəvi derbisi – “Qarabağ” və “Neftçi” arasında baş tutub. Hazırda çempionluğa bir addım məsafədə olan Qurban Qurbanovun komandası bu matçda heç bir sürprizə imkan verməyib. İlk hissədə üç cavabsız qol vuran Ağdam təmsilçisi rəqibini darmadağın edərək zirvədəki mövqeyini daha da möhkəmləndirib.
Qeyd edək ki, XXXI tura aprelin 21-də keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.
17:30. “Sabah” – “Səbail” - 3:2
20:00. “Qarabağ” – “Neftçi” - 3:0