...

Yaponiyada 14 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib

Dünya xəbərləri Materials 20 Aprel 2025 04:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın Osaka prefekturasında yerləşən 14 mərtəbəli yaşayış kompleksində yanğın baş verib.

Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, yanğın günorta saatlarında binanın dördüncü mərtəbəsində başlayıb və tüstü sürətlə yuxarı mərtəbələrə yayılıb.

Hadisə nəticəsində 35 nəfər xəsarət alıb. Yaralananlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Xəstəxanaya yerləşdirilən yaralılardan başqa, digər sakinlər təxliyə olunub.

Əraziyə 38 yanğınsöndürən maşın cəlb olunub. Alov təxminən dörd saatdan sonra nəzarətə götürülüb.

Hazırda yanğının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti