Bakı. Trend:
İngiltərənin “Nyukasl” klubu hücum xəttini gücləndirmək məqsədilə “Malaqa”nın gənc forvardı Antonio Kordero ilə maraqlanır.
Trend “The Sun” nəşrinə istinadən xəbər verir ki, “sağsağanlar” 18 yaşlı hücumçunun transferi üçün hər hansı məbləğ ödəmək niyyətində deyil.
Buna səbəb Korderonun “Malaqa” ilə mövcud müqaviləsinin bu yay başa çatmasıdır.
Gənc ispan futbolçunun xidmətində İspaniyanın nəhəng klubları – “Real Madrid” və “Barselona” da maraqlıdır.