Bakı. Trend:
Aprelin 26-27-də Almaniyanın paytaxtı Berlində gənclər arasında cüdo üzrə Avropa Kuboku keçiriləcək.
Trend xəbər verir ki, yarışda Azərbaycanı iki cüdoçu təmsil edəcək – Nuranə Hacızadə (48 kq) və İsa Allahverdi (66 kq) tatami üzərinə çıxacaqlar.
Qeyd edək ki, turnirdə 40-a yaxın ölkədən 800-ə qədər idmançının iştirakı gözlənilir.