...

Mahir Emreli dubl edib

İdman Materials 19 Aprel 2025 18:32 (UTC +04:00)
Mahir Emreli dubl edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın II Bundesliqasında çıxış etdiyi “Nürnberq” klubunun heyətində növbəti dəfə fərqlənib.

Trend xəbər verir ki, 28 yaşlı hücumçu XXX tur çərçivəsində “Paderborn”la keçirilən ev oyununda iki dəfə rəqib qapısına yol tapıb.

Emreli artıq 2-ci dəqiqədə hesabı açsa da, komandası ardıcıl üç qol buraxaraq üstünlüyü əldən verib. O, uzatma dəqiqələrində ikinci qolunu vuraraq dubl etsə də, bu, “Nürnberq”i məğlubiyyətdən xilas edə bilməyib – 2:3.

Qeyd edək ki, Mahir Emreli matç boyu əvəzlənmədən oynayıb. Hazırda 30 oyundan 44 xal toplayan “Nürnberq” turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti