...

İngiltərə Premyer Liqasında 33-cü turun oyunları keçirilib

İdman Materials 20 Aprel 2025 00:43 (UTC +04:00)
İngiltərə Premyer Liqasında 33-cü turun oyunları keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə Premyer Liqasında 33-cü turun oyunlarına start verilib.

Trend xəbər verir ki, turun ilk matçında “Mançester Siti” səfərdə “Everton”un qonağı olub.

Xosep Qvardiolanın komandası qarşılaşmanın son dəqiqələrində üstünlüyünü ortaya qoyaraq 2:0 hesabı ilə vacib qələbə qazanıb. Bu nəticə “şəhərlilər”ə turnir cədvəlində 4-cü pilləyə yüksəlməyə imkan verib.

Günün digər oyununda “Aston Villa” öz meydanında “Nyukasl”ı qəbul edib. Birmingem təmsilçisi dominant oyunu ilə yadda qalıb və rəqibini 4:1 hesabı ilə məğlub edib. Bu nəticə ilə “Nyukasl”ın ardıcıl 5 oyunluq qələbə seriyası başa çatıb.

18:00. “Everton” - “Mançester Siti” - 0:2
18:00. “Brentford” - “Brayton” - 4:2
18:00. “Kristal Pelas” - “Bornmut” - 0:0
18:00. “Vest Hem” - “Sauthempton” - 1:1
20:30. “Aston Villa” - “Nyukasl” - 4:1

Xəbər lenti

Xəbər lenti