Bakı. Trend:
İtaliya A Seriyasında 33-cü turun oyunları çərçivəsində üç qarşılaşma keçirilib.
Trend xəbər verir ki, "Napoli" səfərdə turnir cədvəlində son sıralarda qərarlaşan "Montsa" üzərində minimal hesabla qalib gəlib. Antonio Kontenin yetirmələrinə qələbəni Maktominayın vurduğu yeganə qol qazandırıb.
Digər oyunda isə “Roma” uğurlu seriyasını davam etdirib. Paytaxt təmsilçisi “Verona”nı məğlub edərək uduzmazlıq seriyasını bir qədər də uzadıb.
Turun digər nəticələri və cədvəldəki dəyişikliklər yaxın saatlarda açıqlanacaq.
17:00. “Leççe” - “Komо” - 0:3
20:00. “Monza” - “Napoli” - 0:1
22:45. “Roma” - “Verona" - 1:0