...

Tramp administrasiyası Rusiya ilə sülh danışıqları üçün növbəti görüşə hazırlaşır – CNN

Dünya xəbərləri Materials 20 Aprel 2025 05:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə həllini müzakirə etmək məqsədilə Rusiya tərəfi ilə daha bir görüş təşkil etməyi planlaşdırır.

Trend-in CNN-ə istinadən verdiyi məlumata görə, bu prosesə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff rəhbərlik edir.

Məlumata görə, planlaşdırılan növbəti görüş Londonda baş tutacaq və müzakirələr zamanı Vaşinqtonun Krımı Rusiyanın bir hissəsi kimi tanımasını ehtiva edə biləcək mümkün sülh sazişi də gündəmdə olacaq.

Qeyd edək ki, aprelin 11-də Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Vitkoffla qapalı formatda görüş keçirib. Görüşdə əsas diqqət Ukraynadakı vəziyyətin müzakirəsinə yönəlib.

Xəbər lenti

Xəbər lenti