Bakı. Trend:
Hindistan, Fransa ilə 26 ədəd "Rafale Marine" hərbi-dəniz qırıcısının alınması üçün 7,3 milyard dollarlıq müqavilə imzalamağa hazırlaşır.
Trend-in “Times Now” nəşrinə istinadən verdiyi məlumata görə, tarixi əhəmiyyət daşıyan bu müdafiə sazişi aprelin 28-də Hindistanda Fransa müdafiə naziri Sebastyan Lekornunun iştirakı ilə imzalanacaq.
Yeni "Rafale Marine" təyyarələri Hindistan Hərbi Dəniz Qüvvələrinin istifadəsinə veriləcək və “Vikrant” aviadaşıyıcısında yerləşdiriləcək. Qeyd edək ki, Hindistan artıq 2016-cı ildə 36 ədəd "Rafale" təyyarəsi alıb. Yeni partiya mövcud MiQ-29K donanmasını tamamlayaraq, ölkənin dənizdən müdafiə qabiliyyətini daha da gücləndirəcək.