Bakı. Trend:
10 nömrəli avtobus marşrutunun hərəkət sxemində dəyişiklik edilib.
Paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində – Bakı Avropa Liseyinin qarşısından Babək prospektinədək – nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkət sxemində dəyişiklik edilib.
Trend AYNA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, avtobus marşrutunun sxemində dəyişiklik paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində – Bakı Avropa Liseyinin qarşısından Babək prospektinədək – nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar edilib.
Bildirilib ki, müvəqqəti olaraq 10 nömrəli avtobus Mərkəzi Bulvar küçəsi ilə hərəkət edəcək.