Bakı. Trend:
"Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin sıralama turunun qalibi müəyyənləşib.
Trend-in məlumatına görə, "Red Bull" komandasının sürücüsü Maks Ferstappen ən yaxşı nəticə göstərərək birinci yeri tutub.
İkinci nəticəyə "McLaren" pilotu Oskar Piastri, üçüncü yerə isə "Mercedes"dən Corc Rassel layiq görülüb.
Qeyd edək ki, əsas yarış aprelin 20-də keçiriləcək. Mövsümün Bakı mərhələsi isə 19-21 sentyabr tarixlərində baş tutacaq.