...

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolunu vurdu

İdman Materials 19 Aprel 2025 15:15 (UTC +04:00)
“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolunu vurdu
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolunu vurub.

Trend PFL-in saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXI turuna təsadüf edib.

“Turan Tovuz”la ev görüşündə (1:1) vurulan top Naxçıvan təmsilçisi üçün yubiley xarakteri daşıyıb. Bu, qola İssuf Paro imza atıb.

“Araz-Naxçıvan” “100”ə 109-cu oyunda çatıb. Bu qollardan 54-ü evdə, 46-sı səfərdə vurulub.

Qeyd edək ki, Naxçıvan klubu ölkə çempionatları tarixində 100 və daha çox qola imza atan 33-cü komandadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti