...

ABŞ əzəli dəyərlərini itirmək riski ilə üz-üzədir - İlon Mask

Dünya xəbərləri Materials 20 Aprel 2025 07:36 (UTC +04:00)
ABŞ əzəli dəyərlərini itirmək riski ilə üz-üzədir - İlon Mask
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hökumətində işin səmərəliliyinin artırılması üzrə departamentə (DOGE) rəhbərlik edən məşhur iş adamı İlon Mask ölkənin öz əzəli dəyərlərini itirə biləcəyini bildirib.

Trend-in məlumatına görə, Mask bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. O, milyarder Bill Ekmanın Birləşmiş Ştatlara qanunsuz miqrant axınının ölkənin fundamental prinsiplərinə təhlükə yaratdığına dair fikirlərini dəstəkləyib.

Ekman paylaşımında qeyd edib ki, ABŞ milyonlarla qanunsuz miqrasiyanı heç bir ciddi yoxlama olmadan qəbul edir və onların ölkədən çıxarılması üçün uzun və mürəkkəb məhkəmə prosesləri tələb olunur. Onun sözlərinə görə, bu hal ABŞ-ın qorumağa borclu olduğu demokratik dəyərlərin sarsılmasına səbəb ola bilər.

İlon Mask bu fikirlərə cavab olaraq qısa, lakin diqqətçəkən ifadə işlədib: “Bu, acı həqiqətdir.”

Qeyd edək ki, daha əvvəl ABŞ-ın son aylarda qanunsuz miqrasiya ilə mübarizə üçün 300 milyon dollardan çox vəsait xərclədiyi bildirilmişdi.

Xəbər lenti

Xəbər lenti