...

Tramp rüsumların tətbiq edilməsini dayandırıb - KİV

Dünya xəbərləri Materials 20 Aprel 2025 10:20 (UTC +04:00)
Tramp rüsumların tətbiq edilməsini dayandırıb - KİV

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lutniklə görüşdən sonra yeni ticarət tariflərini dayandırmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, Trampla görüş tarif təzyiqinin artırılmasının tərəfdarı olan müşavir Peter Navarronun iştirakı olmadan baş tutub. Bildirilib ki, nazirlər prezidentlə danışıqlar aparıb və qərar qəbul olunana qədər onun yanında olublar.

Qeyd edilib ki, bu, Bessent və Lutnikə əvvəllər ticarət siyasəti müzakirələrində iştirakına mane olan Navarro ilə birbaşa qarşıdurmadan qaçmağa imkan verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti