...

Roma Papası Fransisk dünyasını dəyişib

Dünya xəbərləri Materials 21 Aprel 2025 11:57 (UTC +04:00)
Roma Papası Fransisk dünyasını dəyişib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Roma Papası Fransisk xəstəxanada dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barədə "Vatican News" məlumat yayıb.

"Papa Fransisk 2025-ci il aprelin 21-də bazar ertəsi günü, 88 yaşında Vatikanda Santa Martadakı iqamətgahında vəfat edib", - deyə bildirilib.

Bundan başqa, Vatikan Telekanalında kartdinal Kevin Farrelin videomüraciətində bildirilir ki, ikitərəfli pnevmoniyanın fəsadlarından əziyyət çəkən 88 yaşlı pontifik bugün yerli vaxtla 7:35-də dünyasını dəyişib.

“Əziz qardaşlar və bacılar, dərin kədər hissi ilə Müqəddəs Atamız Fransiskin vəfatını elan etməliyəm," – Kardinal Kevin Ferrell qeyd edib.

Qeyd edilir ki, əsl adı Xorxe Mario Bergoglio olan əslən argentinalı Roma papası 2013-cü ilin mart ayında Vatikan kilsəsinin başına gəlmişdi. O xristianlıq tarixinin Cənubi Amerikadan olan ilk pontifiki sayılırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti