...

Kamçatkada 6.3 maqnitudalı zəlzələ olub

Dünya xəbərləri Materials 21 Aprel 2025 05:09 (UTC +04:00)
Kamçatkada 6.3 maqnitudalı zəlzələ olub

Bakı. Trend:

Rusiyanın şərqində, Kamçatkada 6.3 maqnitudalı zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin episentri Nikolskoye kəndindən 101 km şimal-qərbdə yerləşib. Yaşayış məntəqələrində yeraltı təkanlar 4 bala qədər hiss olunub.

Bundan əlavə, Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı vulkan püskürməsinin başladığını bildirib.

Xəbər lenti

Xəbər lenti