Bakı. Trend:
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Babək prospekti, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə
qədər;
5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
6. "20 Yanvar" dairəsində;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti
istiqamətində;
8. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası
istiqamətində;
9. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası
istiqamətində;
10. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən
Atatürk prospekti ilə kəsişməyə qədər;
11. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz
istiqamətində sıxlıq müşahidə olunur.