...

Göygöldə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 20 Aprel 2025 23:57 (UTC +04:00)
Göygöldə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Trend:

Göygöldə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı 1990-cı il təvəllüdlü R.İmanov hadisə yerində ölüb, bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti