Bakı. Trend:
Kürdəxanı qəsəbəsində inşası davam edən "Hünər" təlim-məşq bazasının istismara hazır olan təbii örtüklü meydançasının açılış mərasimi keçiriləcək.
Trend xəbər verir ki, bu barədə “Turan Tovuz” klubu məlumat yayıb.
Açılış mərasimi bu gün saat 13.00-da başlayacaq.
Qeyd edək ki, ümumi sahəsi 5 hektardan böyük olan Kürdəxanı layihəsində əsas korpusun inşası ilə yanaşı, daha 2 təbii örtüklü meydança salınacaq.
İstismara verilən meydança isinmə hərəkətləri üçün ayrıca təbii ot örtüklü zona, buz hovuzu, sauna, toplantı və iclas zalları, soyunub-geyinmə otaqları, sanitar qovşaq, həkim və masaj otağı, 3 mərtəbədən ibarət izləmə və çəkiliş qülləsi, müasir standartlara uyğun qazanxana, suvarma sistemi ilə təmin olunub.