Bakı. Trend:
Yəməndə ABŞ hərbçilərinin bazar günü gecə Səna vilayəti və ölkənin digər ərazilərinə növbəti aviazərbələri nəticəsində azı iki nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" televiziya kanalı xəbər verib.
Husilərin nəzarətində olan Səhiyyə Nazirliyi də 11 nəfərin yaralandığını bildirib.
Husilər bildiriblər ki, ABŞ Sənadan başqa Marib və Amran vilayətlərinə də zərbələr endirib.