Bakı. Trend:
Öz yurdum doğma Ağdama qayıtdığıma çox sevinirəm.
Bunu Trend-ə açıqlamasında Ağdam sakini Əliyev Sərdar deyib.
Onun sözlərinə görə, məcburi köçkün həyatında çox ağır şəraitdə yaşayıb. İndi isə öz yurdunda yaşamağa gedir.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Allah Prezidentimizi qorusun. Artıq Sarıcalıda evlə təmin olunmuşuq. Öz yurdumda yaşayıb yaratmağa gedirəm", - deyə o bildirib.
Əlavə edək ki, bu gün Ağdam rayonunun Sarıcalı kəndinə 34 ailə, 141 nəfər yola salınıb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.